Çinin Zangzou əyalətində yaşayan bir kişinin qəribə vərdişi başına bəla olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs hər gü corab iylədiyi üçün ağciyərində göbələk xəstəliyi əmələ gəlib.

Belə ki, hər gün işdən gələndən sonra corabını iyləməyi vərdiş edən kişi ağrı hiss edib və xəstəxanaya gedib. Müayinədən sonra bəlli olub ki, çirkli corabın tər qoxusu onun ağciyərində göbələk xəstəliyinin yaranmasına gətirib çıxarıb.

Xəstəlik bütün orqanı əhatə etdiyi üçün onu əməliyyat ediblər. Hazırda vəziyyəti yaxşı olan şəxsin müalicəsi davam etdirilir.