Xəzər donanmasının flaqmanı olan "Tatarıstan" gəmisi modernləşdirildikdən sonra ilk dəfə hərbi təlimə cəlb edilib.
 
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.
 
Qeyd edək ki, "Tatarıstan" gəmisi 2014-cü ildə modernizasiyaya verilib və 2016-ci ildə yenidən Xəzər donanmasına qaytarılıb. Onun tərkibində gəmi əleyhinə Uran raket kompleksləri yerləşdirilib. Bu komplekslər isə öz növbəsində X-35 qanadlı raketləri ilə təchiz edilib. Üstəlik "Tatarıstan" gəmisində Osa-MA-2 zenit raket kompleksləri də var. Gəmi modernizasiyadan sonra Qals radiolokasiya sistemləri ilə də təchiz edilib.
 
Rusiya bu il ərzində Xəzər dənizindəki hərbi təlimlərini 1,5 dəfə artırıb. (Axar.az)