Əfqanıstanın Hilmənd bölgəsində xaşxaşın becərilməsilə ailəliklə məşğul olurlar.
 
Hazırda Əfqanıstan dünyanın ən iri nəşə təchizatçısına çevrilib.
 
Bu işə Taliban dövründə başlanılsa da, fermerlərin sözlərinə görə, əslində xaşxaşın becərildiyi əraziyə kimin nəzarət etdiyinin fərqi yoxdur.
 
Fermerlər deyir ki, Talibanın və ya hökumətin əraziyə nəzarət etdiyindən asılı olmayaraq, xaşxaş sahəsinə baxanın haqqını ödəyirlər ki, işçilər rahat çalışa bilsin.