Fransanın Sen-Deni departamentindəki Nuazi-le-Sek vağzalı yaxınlığında sürət qatarının altında partlayıcı qurğu işə düşüb.

Unial.org Trend-ə istinadən bildirir ki, partlayıcı qurğunu naməlum şəxslər yerləşdiriblər. Partlayıcı qurğu dəmir yolu siqnalı petardasına oxşayıb.

Partlayış nəticəsində qatar dayanıb, lakin 10 dəqiqədən sonra hərəkətini davam etdirib. Heç kəs xəsarət almayıb, maddi zərər olmayıb.