CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 56,52 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,68 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 55,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,67 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 20-də 54,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 20-də 52,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,86 dollar/barel azdır.(trend.az)