Bəzən təbiət insana sürprizlər edir.
Unikal.org RTV-yə (Region TV) istinadən xəbər verir ki, bu dəfə belə hal Xaçmaz rayonunda baş verib.
Belə ki, gavalı ağacı mövsüm ərzində ikinci dəfə çiçək açıb. Təsərrüfatın sahibi Qurban Qəribov həyatında ilk dəfə belə bir hadisə ilə rastlaşdığını deyir. Onun sözlərinə görə gavalı, alça, alma ağaclarının payızda ikinci dəfə çiçəklənməsi normal haldır. Lakin ilin bu fəslində bu halın baş verməsi bir qədər təəccüblüdür. Çiçəklənən ağac artıq meyvəyə də düşüb.
İxtisasca aqronom olan bağban deyir ki, həmkarları da bu hal ilə ilk dəfə qarşılaşırlar.