ATV kanalında yayımlanan "Gündən-günə" verilişinin qonağı Elnarə Xəlilova rütbə alıdığını açıqlayıb.
Unikal.org xəbər verir ki, müğənni bildirib ki, 2018-ci il onun üçün bir çox əlamətdar hadisə ilə yadda qalıb. El.Xəlilova bu il leytenant rütbəsinə layiq görüldüyünü açıqlayıb:
"Çox məhsuldar il oldu. Təxminən 6-7 yeni mahnı yazdırdım, yeni kliplər çəkdirdim. Sərhəd qoşunlarında solist və leytenantam. Leytenant Xəlilova".