"Azərkosmos" ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxracat icmalı"nda deyilir.
Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib.
2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib.
ASC-nin xidmətləri 24 ölkəyə göstərilib. Operatorun xidmətlərinin ixracının əsas payı Fransa (10,9 milyon dollar), Malayziya (8,4 milyon dollar), BƏƏ (1,4 milyon dollar), Almaniya (825 min dollar) və Gürcüstan (531 min dollar) kimi ölkələrə düşüb.