Slovakiyanın paytaxtı Bratislavada minik avtomobilinin sürücüsü sərnişin avtobusunu atəşə tutub.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin "Facebook" səhifəsində məlumat yerləşdirilib. 

Bildirilib ki, avtobusun sürücüsü yüngül xəsarət alıb, sərnişinlərdən isə zərərçəkən olmayıb.