Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.
Unikal.org xəbər verir ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun bildirdiyinə görə, 2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də müşahidə ediləcək.
X.Mikayılov deyib ki, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.
Növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.