"Xırman” şirkəti istehsal etdiyi "Qaymaq” məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi sosial şəbəkələrdə geniş tənqid olunub.
Unikal.org xəbər verir ki,“Xırman” firması istehsal etdiyi süd məhsulu olan qaymağın üzərində 30.02.2019-cu il qeyd edib. Bu da sosial şəbəkədə iradlarla qarşılanıb.
Qeyd edək ki, həmin məhsul "Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.