Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 18.01.2019-cu il tarixində saat 11:30-da Xızı şəhərində Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Unikal.org xəbər verir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Xızı rayonunda 023 3150100
Abşeron rayonunda 012 3423300
Qubadlı rayonu üzrə 018 6483392
Zəngilan rayonu üzrə 012 4326166
Şuşa rayonu üzrə 012 4584686
Sumqayıt şəhərində 018 6423500
nömrəli telefonlara zəng etmələri xahiş olunur.