Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Mekan İşanqulıyevlə görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycan və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini deyib, iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb.
Bu münasibətlərin Azərbaycan və Türkmənistan rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edən Komitə sədri 2018-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.
DGK sədri səfər zamanı imzalanmış sənədlərin, o cümlədən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə iki ölkənin gömrük orqanları arasında sazişin Azərbaycan-Türkmənistan münasibətlərinin genişlənməsinə xidmət etdiyini söyləyib, bununla hər iki dövlətin bütün sahələrdə, o cümlədən gömrük sferasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.
Səfər Mehdiyev hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan islahatlardan, xususilə də gömrük işi ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyevlə iki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə gömrük orqanları arasında da qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Səfər Mehdiyev səfirlə görüşdü
![Səfər Mehdiyev səfirlə görüşdü Səfər Mehdiyev səfirlə görüşdü](/photos/unikal/1548254755.1.jpg)
18:45 23-01-2019
SİYASƏT
Digər Xəbərlər
2024-07-31 20:16:28
![BMT nümayəndəsi COP29-a hazırlıq işləri barədəməlumatlandırıldı BMT nümayəndəsi COP29-a hazırlıq işləri barədəməlumatlandırıldı](/photos/unikal/1722442640.17224418173706918956_1200x630.jpg)
2024-07-31 19:25:09
![ABŞ səfirliyindən Azərbaycan hərbçilərinin ölümü ilə bağlıBAŞSAĞLIĞI ABŞ səfirliyindən Azərbaycan hərbçilərinin ölümü ilə bağlıBAŞSAĞLIĞI](/photos/unikal/1722439665.absh_sefirlik.jpg)
2024-07-31 17:11:14
![Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq](/photos/unikal/1722431592_359.png)
2024-07-31 11:42:11
![Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində -FOTOLAR Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində -FOTOLAR](/photos/unikal/1722411915.66a9eb2b0cdd366a9eb2b0cdd4172241181966a9eb2b0cdd166a9eb2b0cdd2.jpg)
2024-07-31 10:36:39
![İlham Əliyev Məsud Pezeşkianı COP29-adəvət edib İlham Əliyev Məsud Pezeşkianı COP29-adəvət edib](/photos/unikal/1722407975.1719397980_mg_0398.png)
2024-07-31 10:30:08
![Əli Əsədov İran Prezidenti ilə görüşdü -FOTO Əli Əsədov İran Prezidenti ilə görüşdü -FOTO](/photos/unikal/1722407588.17793aa4-c3b9-37c5-b1a0-fc0653b8838b_850.jpg)
2024-07-30 23:09:50
![Elçin Əmirbəyov sülh sazişi qarşısında duran əsas maneədəndanışdı Elçin Əmirbəyov sülh sazişi qarşısında duran əsas maneədəndanışdı](/photos/unikal/1722366693.17223655061598617904_1200x630.jpg)
2024-07-30 21:04:37
![Mərakeş uğurlu COP29-u səbirsizliklə gözləyir -Səfir Mərakeş uğurlu COP29-u səbirsizliklə gözləyir -Səfir](/photos/unikal/1722359178.1722357007_17223564751617854112_1200x630.jpg)
2024-07-30 18:19:09
![Əli Əsədovla Hakan Fidanın səmimi görüşü -VİDEO Əli Əsədovla Hakan Fidanın səmimi görüşü -VİDEO](/photos/unikal/1722349235.d9b7b596-0900-37db-8ebe-bb8b3d7f6195_850 (1).jpg)
2024-07-30 13:35:23
![Əli Əsədov İranagetdi Əli Əsədov İranagetdi](/photos/unikal/1722332329.66a8b399a11cc66a8b399a11cd172233205766a8b399a11ca66a8b399a11cb.jpg)
2024-07-30 11:20:34
![Prezident Mərakeş Kralını təbrik edib Prezident Mərakeş Kralını təbrik edib](/photos/unikal/1722324336.b7a388c5-a0cc-324c-812f-efce084474ec_850.jpg)
2024-07-29 22:53:28
![“The National News” Azərbaycanın COP29-a hazırlığındanYAZDI “The National News” Azərbaycanın COP29-a hazırlığındanYAZDI](/photos/unikal/1722279100.1722274882595745731_1200x630.jpeg)
2024-07-29 22:17:20
!["Əhsən! Əhsən! Əhsən, Hidayət!"- Mehriban Əliyeva "Əhsən! Əhsən! Əhsən, Hidayət!"- Mehriban Əliyeva](/photos/unikal/1722277362.WhatsApp Image 2024-07-29 at 22.21.51.jpeg)
2024-07-29 21:49:56
![Prezidentlə xanımı Hidayət Heydərovazəng etdilər Prezidentlə xanımı Hidayət Heydərovazəng etdilər](/photos/unikal/1722275869.ilhameliyev_438.jpg)
2024-07-29 19:54:00
![Ceyhun Bayramov BMT rəsmisi iləgörüşdü Ceyhun Bayramov BMT rəsmisi iləgörüşdü](/photos/unikal/1722268564.64f2d811ad00e.jpg)
2024-07-29 19:05:15
![COP29-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək -Markos Neto COP29-da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək -Markos Neto](/photos/unikal/1722265641.Marcos_Neto.jpg)