Bir günlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti  ləğv edilir.

Bu barədə Unikal.org-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirova deyib.

Bildirib ki, Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 27 yanvar   2019-cu il tarixdə  birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.