Türkiyənin İstanbul şəhərində spirtli içkilərin istehsalı fabriki yanır.

Unikal.org Türkiyə mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin Güngören rayonunda qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə xilasedicilər, eləcə də təcili yardım briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri məlum deyil.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.