Türkiyənin ATV kanalınln ən çox izlənən “Müge Anlı ilə Tatlı Sert” verilişinə qatılan Mehmet Selim Kaymazın həyatı hər kəsi təəccübləndirib. 

Unikal.org xəbər verir ki, 38 yaşlı Mehmet Selim Kaymazın dediyinə görə, Mardin bölgəsində atası Ahmet Kaymaz işləmək üçün Livana gedib. Ailəsi  iki uşaq atası olan Ahmet Kaymazın İsrail-Livan müharibəsi zamanı bomba partlaması nəticəsədində öldüyünü düşünüb.  1 il ərzində ondan xəbər ala bilməyiblər. Bu səbəbdən ailə böyüklərinin qərarı ilə Ahmet Kaymazın həyat yoldaşı Nazife ilə kiçik qardaşı Həsəni evləndiriblər. İllər sona kəndə gəldiyi zaman həyat yoldaşının yeni həyat qurduğunu öyrənib. Bundan sonra o kəndə qayıtmaq fikrindən daşınıb. 

Mehmet Selim Kaymazın bildirdiyinə görə, 20 gün öncə atasının yaşadığını xəbərini ona çatdırıblar. Atasınıgörəmlər M.S.Kaymaza “Atan hücum nəticəsində yaralandı. 1 il müalicə olundu. Kəndə gəldiyi zaman həyat yoldaşının qardaşı ilə  evləndiyini və uşaqları olduğunu öyrənib İraqa gedib. Orada özünə yeni həyat qurub”- deyə məlumat çatdırıb. 

Atasını heç tanımadığını və onu qucaqlamaq istədiyini deyən M.S.Kaymaz Müge Anlıdan onun tapılması üçün kömək istəyib.