İstanbulun Tuzla rayonunda yanacaq daşıya gəmidə yanğın olub.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. 

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğının yanacağın boşaldılması zamanı baş verdiyi bildirilir.