Kiyev meri, ukraynalı məşhur boksçu Vitali Kliçko Avstriyada xəstəxanaya yerləşdirilib. 

Unikal.org xəbər verir ki, bu barədə Vitali Kliçkonun mətbuat katibi Oksana Zinovyeva məlumat verib.

O bildirib ki, Kliçko Sankt Yohann-in Trol şəhərində xəstəxanalardan birində həkim nəzarəti altındadır: “Vitali Kliçko Avstriyada müalicədən və reabilitasiyadan keçəcək. Onun keçmişdə kürəyindən aldığı zədənin pisləşməsi müşahidə olunub. Boksçu hələ 26 yanvarda, Davosda olan zaman xəstəxanaya yerləşdirilmişdi”.

Qeyd edək ki, Kliçko 2007-ci ildə amerikalı Cəmil Makklaynla döyüşə hazırlaşan zaman kürəyindən ciddi zədə almışdı. Döyüş təxirə salınmışdı və Kliçko əməliyyat olunmuşdu.