"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.

Unikal.org  bildirir ki, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.