Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.

Unikal.org xarici mətbuata stinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. 

A.Jurkov 2010-cu ilin martında yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin qətlində əlinin olması ittihamını rədd edir. 

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü (senator) seçilib. O, təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.