FETÖ-nün  Azərbaycandakı rəhbərlərindən biri hesab edilən İbrahim E. Türkiyəyə ekstradisiya edilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi  İbrahim E. MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda Bakıda saxlanılıb və Türkiyəyə təhvil verilib.  O  ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılıb.  

İbrahim E. barəsində terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.