Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin Milli Təhlükəsizlik Şurasını toplayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclas 5 saat davam edib.
Milli Təhlükəsizlik Şurasının toplantısında ölkənin təhlükəsizliyi ilə bağlı daxili və xarici proseslər, cari ildə ehtimal olunan risk və təhdidlərin qarşısının alınması yolları müzakirə olunub. Bundan əlavə, Suriyadakı vəziyyət və terror təşkilatlarına qarşı aparılan əməliyyatlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, iclas mətbuata qapalı keçirilib.