İstanbulda uçan binada xilasetmə işləri davam etdirilir. 

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, son məlumata görə dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb.

Xialsedicilər dağıntıların altından 6 nəfəri xilas edə bilib.

Daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib.