2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə 3,8 faiz artaraq 20797,3 milyon manat olub.
Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən Unikal.org-a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 10074,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10722,6 milyon manata bərabər olub.
İstehlak məhsullarının 23,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,0 faizi fərdi sahibkarlara məxsus Hesabat ilində elektron qaydada pərakəndə ticarət şəbəkəsində 36,6 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 20,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.