Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Unikal.org-un məlumatına görə, fevralın 13-də qızılın qiyməti fevralın 12-i ilə müqayisədə 8,1175 manat artaraq 1 unsiya üçün 2232,4995 manat təşkil edib.

Gümüş 0,0045 manat bahalaşaraq 1 unsiya üçün 26,7607 manata bərabər olub.

Platinin qiyməti 5,1 manat artaraq 1345,448 manat, palladiumun qiyməti isə 28,05 manat artaraq 2399,55 manat təşkil edib.(report)