2018-ci ildə Azərbaycanda orta illik baza inflyasiya 1,8% təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 13,2% idi.
Unikal.org xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il orta illik inflyasiya 2,3% olub.
Ərzaq malları üzrə 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% inflyasiya qeydə alınıb.
2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 360 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.