Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

Prezidentin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.