Azərbaycan Mərkəzi Bankı 21 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, fevralın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9295 manat təşkil edir.

1 türk lirəsi 0,3194 manat, 1 rus rublu 0,0259 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6422 manatdır.