Kənd təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Unikal.org-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.