Məşhur jurnalist Sacit Aslana dünən evinin qarşısında hücum olunub. Özü bu barədə social şəbəkədə məlumat verib. Daha sonra Aslan başına gələn qorxu dolu anlar barədə “2-ci Sayfa” verilişində danışıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o şübhələndiyi şəxslərin olduğunu və bu gün prokurorluğa müraciət edəcəyini deyib:
“Dünən axşamtərəfi biri gəlib “burada yol dardır, bu səbəbdən bilmədən avtomobilinizə dəydim. Baxa bilərsiniz?” dedi. Mən də gedib baxdım, ağ kiçik bir cızılma vardı. Mən də “canın sağ olsun, edəcək bir şey yoxdur” dedim. Avtomobilinə minib bir az getdikdən sonra qayıtdılar. Maşından enib başıma yumruq vurdular. Ayağımda başmaq olduğu üçün yerə yıxıldım, vurmağa davam etdilər. O zaman həyat yoldaşım mənim səsimə gəlib və təsadüfən onlardan birinin biləyindəki qolbağını alıb. Üzərində barmaq izi var. Evimin ətrafında təhlükəsizlik kameraları da var. Şübhələndiyim iki şəxs var, bu gün prokurorluğa müraciət edəcəm, şikayət edəcəm”.