“Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman çoban itindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir illik saxlanma qiyməti 1000-2000 manat arasındadır”.
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov jurnalistlərə açıqlamasında deyib.
İ.Osmanov əlavə edib ki, hazırda 60 baş xidməti axtarış iti mövcuddur: “Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər”.