Britaniyanın populyar "Geordie Shore" realiti-şousunun çəkiliş qrupu İspaniyanın Balear arxipelaqındakı Malyorka adasını, Kalviya şəhərini tərk edir.
Unikal.org Daily Mail-ə istinadən bildirir ki, şounun növbəti seriyasının şəhərdə aparılan çəkilişləri yarımçıq saxlanılıb.
Səbəb isə realiti-şou ulduzlarının, xüsusilə də Holli Haqanın tərbiyəsiz hərəkətləri və xuliqanlığıdır.
Çəkiliş qrupu Kalviyada olan müddətdə hər gün gecə klublarına yollanaraq içən, sərxoş vəziyyətdə küçəyə çıxıb qışqıran, söyən aktrisa və model Holli Haqana dəfələrlə xəbərdarlıq edilsə də, bir nəticə hasil olmayıb.
Bu səbəbdən də Kalviyanın bələdiyyəsi realiti-şounu çəkən "Limse Pictures"in şəhərdə çəkilişlər aparmaq üçün aldığı lisenziyanı ləğv edib.