Çinin şimalında kömür hasilatı ilə məşğul olan şirkətlərdən birinə məxsus yük maşınının qəzaya uğraması nəticəsində azı 30 nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, qəza barədə yerli administrasiya xəbər yayıb.
Məlumata görə, insident səhər saatlarında baş verib. Şirkətə məxsus işçiləri aparan yük maşını idarəetməni itirərək qəzaya uğrayıb.
15 nəfərin hadisə yerində, 1 nəfərin isə xəstəxanaya aparılarkən dünyasını dəyişdiyi bildirilir.