Moldovada parlament seçkiləri zamanı müşahidə apardığımız məntəqələrdə qanun pozuntusu qeydə alınmayıb. Səsvermə prosesi seçki qanunvericiliyinə uyğun keçirilir.

Unikal.org xəbər verir ki, bu fikirləri “AzərTAC”a açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov söyləyib.

Onun sözlərinə görə, Kişineuda müşahidə apardığı məntəqələrdən hər hansı şikayət daxil olmayıb. Günün sonuna qədər daha bir neçə məntəqədə səsvermə prosesi müşahidə olunacaq.

“Səsvermə başa çatdıqdan sonra bir neçə məntəqədə bülletenlərin sayılmasını da müşahidə edəcəyik”, - deyə M.Rəhimov bildirib.

Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərini MSK sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin üzvü Sabir Hacıyev müşahidə edir.

Seçkiləri ümumilikdə 4 mindən çox yerli və xarici müşahidəçi izləyir. 2141 seçki məntəqəsində səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.

Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.