Daha bakirəlik testlərinin edilə bilməz.
Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, Belçika Beynəlxalq Həkimlər Konseyinin qərarına görə bakirəliklə bağlı testlər qadağan edilib və bununla bağlı heç bir sənəd verilməyəcək.
Konseydən qərarla bağlı açıqlamada gərəksiz olduğunu və ayrı-seçkiliyə yol açdığını vurğulayaraq şiddət meyllilik yaratdığı qeyd edilib. Adıçəkilən ölkənin həkimlərinin sözlərinə görə, çox vaxt ailələr və yaxınların tələbi ilə insana heç nə soruşulmadan bu testlər edilir. Bəzi həkimlər bunun qəbul edilməz bir durum olduğunu vurğulayıb.
Adının çəkilməsini istəməyən Belçikalı ginekoloq uzun müddətdir ki, “müassirlikdən uzaq” bu testi qadağan etmək üçün səy göstərdiyini, qadınlar və kişilərin bərabər hüquqa malik olduğunu söyləyib.
Hətta bu testlə qızların alçaldığı da vurğulanıb.