Filippində qızılcadan 200-dən çox adam ölüb.

Unikal.org-un məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında dərc olunan bəyanatda qeyd edilir ki, yanvarın 1-dən fevralın 23-ə qədər 203 ölüm faktı qeydə alınıb.

Təşkilatın açıqladğı statistikaya əsasən Filippində həmin müddətdə 12,7 min insan xəstəliyə yoluxub:

"Qızılcaya yoluxanların yarısı 5 yaşdan aşağı körpələrdir. Xəstələrdən 63 faizi peyvənd olunmayıb".