Əsəbi qadın ərini və onunla birlikdə tutduğu sevgilisini küçənin ortasında yarıçılpaq şəkildə ağaca bağlayıb və döyüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çinin Quicou əyalətində meydana gələn hadisədə qadın ərini sevgilisi ilə yataqda tutub. Əsəbləşən qadın onları küçəyə qovub və orada ağaca bağlayıb və onların əməlini qonşuluqudakı şəxslərə deyib.
Hadisə yerinə gələn polis onların ətrafına toplaşan insanları oradan uzaqlaşdırıb, sonra kişini, arvadını və sevgilisini ifadəsi alınmaq üzərə polis bölməsinə aparıblar.