Misirin paytaxtı Qahirə şəhərində 28 nəfərin ölümünə səbəb olan qatar qəzası ilə əlaqədar ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd vəzifəsindən istefa verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Mustafa Mədbuli onun istefa ərizəsini qəbul edib. 

Qeyd edək ki, bu gün Qahirənin mərkəzindəki “Ramsis” dəmiryolu vağzalında yüksək sürətlə hərəkət edən qatarın platformaya çırpılması və zərbənin təsirindən qatarın yanacaq çəninin partlaması nəticəsində azı 28 nəfər yanaraq ölüb, 50-dən çox insan xəsarət alıb. Ölən və yaralıların əksəriyyəti platformanın kənarında dayanan şəxslər olub.