ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri arasında danışıqlar nəticəsiz başa çatıb. Trump, görüşdən sonra açıqlamasında  "Hər hansı bir razılaşma imzalamamaq qərarı aldıq" deyib.

Unikal.org xəbər verir ki, ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin məlumatına görə, Hanoyda Donald Tramp və Kim Çen In yaxşı və konstruktiv görüşlər keçiriblər. 

ABŞ prezidentinin sözcüsü bildirib ki, razılaşma təmin edilmədi, ancaq iki ölkə arasındakı danışıqlar gələcəkdə davam edəcək.

Sanders, iki lider arasındakı görüşü "çox yaxşı və konstruktiv" olaraq xarakterizə edib.