Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilir.
Unikal.org-un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Dəyişiklik layihəsinə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.
Qanuna təklif edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilir.
Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyanın ilk plenar iclasına tövsiyə olunub.