Maliyyə naziri Samir Şərifov dollar kreditləri ödənilmiş faizlər üzrə artıq məbləğlərin qaytarılması məsələsinə aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, S. Şərifov deyib ki, hər bir borc üzrə faiz hesablanıb və faizlər ödənilməlidir.
Maliyyə naziri qeyd edib ki, Prezidentin fərmanında xarici valyutada kreditlərlə bağlı pisləşdirici amillər üzrə güzəştlər nəzərdə tutulur: “2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində borc alanın borcu qaytarmaq qabiliyyətinə mənfi təsir olubsa, bunun manat ifadəsində krediti artıb. Fərmanla bu mənfi təsir aradan qaldırılır. Yəni bununla əlaqədar dövlət tərəfindən həmin borc alanlara dəstək veriləcək”.