Martın 2-də azadlığa buraxılmış bloqqer Mehman Hüseynov bu ilin yanvar ayında Prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.
Unikal.org-un xəbərinə görə, o, bu gün keçirdiyi mətbuat konfransında dövlət başçısına ünvanladığı müraciəti şəxsən özünün imzaladığını söyləyib.
"Prezident İlham Əliyevə müraciət etmişəm", - M.Hüseynov əlavə edib.
Qeyd edək ki, bloqqer Mehman Hüseynov martın 2-də azadlığa buraxılıb.