Yaxın illərdə Azərbaycanın əmək bazarı əhəmiyyətli dərəcədə genişlənəcək.
Unikal.org-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.
Nazir bildirib ki, ölkədə qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində bu ilin ilk iki ayı ərzində əmək müqavilələrinins sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53 min çox olub:
“Vergi sahəsində həyata keçriilmiş islahatlar da əmək bazarının vəziyyətinə müsbət təsir göstərəcək. Hesab edirik ki, yaxın illərdə əmək bazarını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik”.
S.Babayev əlavə edib ki, “İşsizin DOSTu” proqramı çərçivəsində otuz min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da vətəndaşların məşğulluq səviyyəsini artıracaq.