
Əsasən salatlarda istifadə etdiyimiz kahının təsəvvür etdiyimizdən də çox faydasının olduğunu bilirsinizmi?
Unikal.org Aile.lent.az-a istinadən kahının əvəzolunmaz faydalarını sadalayır.
- Kahı ilk növbədə əsəbləri sakitləşdirir. Ona görə də əsəbləri oyaq olanların daha çox yeməsi tövsiyə olunur.
- Təzyiqi aşağı salır.
- Menstruasiya dövrünü tənzimləyir və ağrıları yüngülləşdirir.
- Qəbzliyi aradan qaldırır.
- Bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasına yardım edir.
- Dalaq və qaraciyər çatışmazlığına, sarılığa qarşı effektlidir.
- Sinəni yumşaldır, öskürəyi kəsir, bəlğəmi dağıdır.
- Ana südünü artırır.
- Sümük əriməsi və revmatizm xəstəliklərinə təsiri var.
- Qan şəkərini aşağı saldığı üçün şəkər xəstələrinə faydalıdır.
- Böyümə çağında olan uşaqların böyüməsini dəstəkləyir.
- Dərini gücləndirir və gözəlləşdirir.
- Yuxusuzluğa faydası var.
- Həzmi asanlaşdırır.