Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun “Deep Security” həllini müştərilərinə təklif edir.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, “Trend Micro Deep Security” həllinin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir.
Güclü, rahat, avtomatlaşdırılmış. Bu, bulud infrastrukturunun təhlukəsizliyini təmin etmək üçün aparıcı həll olan – “Deep Security”-nin əsas xüsusiyyətləridir!
İstifadəçi təhlükəsizlik həllini əlverişli icarə əsasında əldə edərkən “Deep Security” infrastrukturunun quraşdırılmasına vaxt sərf etmədən şəxsi serverlərin kompleks təhlükəsizliyini təmin edəcək.
Belə ki, “AZCLOUD” bulud provayderi müştərilərinə “Deep Security” həllini istifadə üçün tam hazır və optimallaşdırılmış bir xidmət kimi təklif edir.
Həllin konfiqurasiyalarının quraşdırılması və yenilənmə işlərini "AZCLOUD"-un sertifikatlaşdırılmış mütəxəssisləri yerinə yetirəcək.
Qeyd edək ki, “Trend Micro” bulud infrastrukturunun və serverlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində ixtisaslaşan beynəlxalq şirkətdir, onun məlumat təhlükəsizliyi həlləri dünyanın onlarla ölkəsində beş yüz mindən çox şirkət tərəfindən istifadə edilir.
Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən bulud xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:
Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili
Data Mərkəzinin nəzdində “AzCloud” bulud infrastrukturu (IaaS), proqram təminatı xidmətləri (SaaS) və bulud əsaslı xidmətlər
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
Bulud xidmətləri – ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan “AzCloud” bulud provayderi yerli və beynəlxalq qurumlara infrastruktur, proqram təminatı və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə, kompleks təhlükəsizlik həlləri və digər) göstərir.
Sertifikatlaşdırma xidmətləri – Telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.
“AzInTelecom” və onun xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.azcloud.az veb-saytlarından istifadə edə bilərsiniz.