“Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev şirkətdə çalışan xanım işçiləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, şirkət rəhbəri xanım əməkdaşlarının şərəfinə xüsusi ziyafət təşkil edib və onları təbrik edərək, can sağlığı, uzun ömür arzulayıb. O bildirib ki, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər: “Günümüzdə də kişilərlə çiyin-çiyinə çalışan qadınlar, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar”.


Qeyd edək ki, bu arada Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur. Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower - Baku White City yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. 20 mərtəbəli kompleksin hər mərtəbəsində 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir standartlara uyğun olaraq hazırlanıb. Kampaniyaya daxil olan mənzillər 3 otaqlı (162 m2), 4 otaqlı (190 m2) və 5 otaqlı (227 m2) olmaqla 3 tipdədir. Qeyd edək ki, Park Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və mənzillər təmirə hazır vəziyyətdədir.
Təklif 31 mart 2019-cu il tarixinə qədər keçərlidir.
Ağ Şəhər, Park rayonu
+994 12 409 00 44
 +994 50 409 00 44
[email protected]