Azərbaycanda problemli kreditlərin həllinə yönəlmiş prezidentin məlum fərmanı ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal” hazırlayıb.

Unikal.org xatırladır ki, fərmana əsasən, kredit təşkilatları, həmçinin Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.