Bu gün saat 16 radələrində Bakıda Beynəlxalq Hava limanında aviasiya hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, AZAL-ın yaydığı məlumata görə, Bakıdan İstanbula uçan təyyarə zolaqda quş dəstəsi ilə toqquşub. Təhlükəsizlik qaydalarına uyğun olaraq pilot uçuşu dayandırıb və təyyarə texniki baxışdan keçirilib.