Huner Group-un hər 3 layihəsinin də yerləşdiyi Ağ Şəhər-in Park rayonunda infrastruktur və abadlıq işləri sürətlənib. Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək yüksəklikdə yerləşən Park məhəlləsində inşaat işləri davam edir.
"Huner Group"-dan Unikal.org-a verilən məlumata görə, şəhərin ən böyük parklarından olan Nizami parkının yaxınlığında yerləşən məhəllədə yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar nəzərdə tutulub. Hazırda 20 mərtəbəli yaşayış binalarının tikintisi başa çatmaq üzrədir. Müasir üslublu binaların podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları yerləşdirilir, ərazidə tikinti, quruculuq və abadlıq işləri aparılır. 7 metrlik piyada səkiləri boyunca ağaclar əkilir. Məhəllə sakinlərinin kommunal ehtiyaclarını ödəmək üçün elektrik, su, qaz, kanalizasiya, internet və IP TV xətləri çəkilir.
Ərazidə Huner Group-a aid “Park Tower” yaşayış binasında tikinti işləri tam başa çatıb. Az sayda satılmamış mənzil qalan binada sakinlər təmir işlərinə başlayıblar. “Park Tower”in 3-cü mərtəbəsində yerləşən möhtəşəm dəniz mənzərəli parkı təbii ağaclar, uşaq meydançası, şahmat sahəsi, yelləncək və oturacaqlarla təmin olunub. Binanın giriş hissəsi – reseption və dəhliz 3D formatında qurulub.
Digər layihəmiz olan “Altem Tower”də də işlər yekunlaşmaq üzərədir. Tikinti prosesi tam başa çatan binada tamamlama işləri aparılır. Yaxın zamanda binada parkın salınmasına başlanılacaq. Qeyd edək ki, Ağ Şəhər layihələrinin içərisində ilk dəfə bu binanın ikinci mərtəbəsində üzmə hovuzu nəzərdə tutulub.
Tikinti sahəsində tamamilə fərqli konseptdə inşa olunan “Hünər Qüllələri” yaşayış kompleksi də Park rayonunda yerləşir. Hazırda tikinti prosesi svay vurma mərhələsində sürətlə davam edir. Sağlam bünövrə üzərində inşa ediləcək binada 168 premium mənzil və 2 penthouse nəzərdə tutulub. Binanın 2022-ci ildə, tam təmirli şəkildə təhvil verilməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, hər 3 yaşayış binasında ən müasir tikinti texnologiyalarından istifadə olunur. Bütün binalarda istifadəyə veriləcək 2 yanğın pilləkəni, yüksək keyfiyyətli lift, kimyəvi təmizləmə və vakum sisteminə sahib özüyuyulan zibil boruları, bütün mərtəbələrdə kondisionerlərin mühərrikləri üçün nəzərdə tutulmuş servis eyvanları, 24 saat müşahidə kameraları, yanğın xəbər verici qurğular sakinlərinin rahatlığı üçün nəzərdə tutulub.