CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,64 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.